Filial / kiçik əməliyyatçı - xəzinədar

İşin təsviri


Filial / kiçik əməliyyatçı - xəzinədar

Əsas tələblər:

• Ali iqtisadi və ya biznes təhsili;
• Azərbaycan, İngilis və Rus dili bilikləri;
• MS Office və Internet Explorer proqram bilikləri;
• İnsanlarla düzgün ünsiyyət qurmaq, işində dəqiqlik və məsuliyyətlilik, riyazi bilik və analitik düşünmək, problemləri həll edə bilmək qabiliyyətləri;

İş haqqında məlumat:

• Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
• Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
• Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
• ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
• XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
• Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
• Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
• Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
• Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
• Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.

Əlavə məlumat:

•  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə  bilərlər;
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Filial / kiçik əməliyyatçı-xəzinədar” göstərməyiniz xahiş olunur;