Sahə rəisi (istehsalat)

İşin təsviri

DEUTSCHE FASSADEN TECHNOLOGİEN” MMC  -  Sahə rəisi (istehsalat) vakansiyası üzrə namizədləri komandamızın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

 İstehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir.
 Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir.
 İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır.Sahənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir.
 Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır.
 İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir.
 Ustaların işinin əlaqələndirilməsi və operativ olaraq istiqamətləndirmə.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

 Ali təhsil (Texniki sahələr üzrə);
 İstehsalat sahəsində iş təcrübəsi olan (avadanlıqlardan istifadəni bilməlidir)
 Məsuliyyətli olmalı və öhdəlikləri vaxtında yerinə yetirməli
 Güclü idarəetmə qabiliyyəti
 Müvafiq istiqamət üzrə azı 5 il iş təcrübəsi;
 Bilik və bacarıqlarının özündə inkişaf etdirmək həvəsi.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• Əmək haqqı müsahibə əsnasında

Son müraciət tarixi: 30 aprel 2019-cu il.

Uyğun namizədlərdən CV- lərini [email protected]  ünvanına göndərmələri və e-mailin mövzu hissəsində “Sahə rəisi”qeyd etmələri xahiş olunur.