Elektrik

  • Green Tech
  • Elanın qoyulma tarixi: 10.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  “Green Tech” MMC şirkəti  “Elektrik” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

• Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin  daim  yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırılması;
• İstifadə olunan avadanlıqların normal və təhlükəsiz  işləməsinin təmin  edilməsi;
• İstifadəsinə verilmiş inventara texniki xidmətin göstərilməsi;
• Perodik plan əsasında texniki baxışların aparılması.

Tələblər:

• Təhsil: Müvafiq sahədə ali təhsil;
• Elektrik işləri sahəsində azı 3 il iş təcrübəsi;
• Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli;
• Elektrik sxemlərini oxumaq bacarığı olmalı;
• 0.4 kV gərginlikdəki avadanlıqlarla işləmə (yüksək gərginlik avadanlığında işləmə bacarığına  üstünlük verilir) bacarığı;
• Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
• Elektrik avadanlığında işləmək üçün elektrik buraxılış vəsiqəsi. 
• Yaş həddi: 25 - 40
• Cinsi: Kişi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik” şəklində göstərməyiniz xahiş olunur.