Marketinq üzrə menecer

  • Alyans Tekstil
  • Elanın qoyulma tarixi: 03.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Alyans Tekstil” MMC  Marketinq üzrə menecer vəzifəsinə vakansiya elan edir. 

Vəzifə öhdəlikləri:

- Şirkətin marketinq strategiyasının hazırlanması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi;
- Mövcud və gələcək məhsullara olan bazar tələblərinin müəyyənləşdirilməsi;
- Reklam materiallarının və kataloqların hazırlanması;
- Şirkətin sayt və sosial media hesablarının idarə edilməsi;
- Xüsusi tədbirlər və sərgilər daxil olmaqla marketinq və PR fəaliyyətlərində iştirakın təmin edilməsi.

Namizədə tələblər

- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə olması arzuolunandır);
- Marketinq sahəsi üzrə 3 ildən çox iş təcrübəsi;
- Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı səviyyədə;
- MS Office proqramlarını bilməli;
- Marketinq kommunikasiya kanalları ilə işləmək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı

İş şərtləri:

İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini 20 aprel 2019-cu il tarixinədək mövzu hissəsinə “Marketinq üzrə menecer” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.