Təftiş üzrə Mütəxəssis

İşin təsviri

Şirkət: “Mazarina Trade CompanyMMC

Vakansiya :Təftiş üzrə Mütəxəssis

İş barədə:

• Mağazalarda və anbarda yoxlamaların,sayımının və inventarlaşmanın aparılmasını təmin etmək;
• Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması;
• İş bölgüsü əsasında şöbə tərəfindən verilmiş digər tapşırıqların icrası;
• Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması;

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat);
• Yaş həddi 21-25
• MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
• Yüksək təhlil qabiliyyəti;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• İşlə bağlı ölkə daxilində ezamiyyəyə getməyə hazır olmaq.
• Şəxsi avtomobil
• İş təcrübəsi olmayanlara ütünlük veriləcək

İş şəraiti:

İş qrafiki:  09:00-dan - 18:00-dək
İstirahət günləri : Şənbə və Bazar günləri
Əmək müqaviləsinin müddəti : Müddətsiz
Maaş: Staj müddəti bitdikdən sonra 500 AZN
Qeyd : Maaş staja uyğun olaraq artır

Tələblərimizə cavab verən şəxslər [email protected] elektron ünvanına mövzu hissəsinə “Təftiş üzrə Mütəxəssis” qeyd edərək müraciət edə bilər.

“Mazarina Trade Company” MMC - 2001-ci ildən etibarən uğurla fəaliyyət göstərir və “Colgate-Palmolive”, "Canbebe", "SC Johnson”, "Henkel",“Heinz” uşaq qidaları, “Helen Harper”, “Bella”, "Loreal", "Garnier" ,"Gəncə Şərab-2"və digər brendlərin , Azərbaycanda rəsmi distribyuteridir.

İşəgötürənin reytinqi