Audio, video xidməti üzrə mühəndis

İşin təsviri

Vakansiya: Audio, video xidməti üzrə mühəndis

Şirkət:  BAKI KONQRES MƏRKƏZİ

Tələb olunur:

Təhsil: Ali (bakalavr)
İş təcrübəsi: 1 - 3 il

- Audio-video avadanlıqlarının quraşdırılması , sazlanması və yarana biləcək problemlərin həlli sahəsi üzrə  ən azı 3 il iş təcrübəsi,
Polycom, Microsoft, AMX, Extron, Line6, Sure, Plantronics və s. kimi brendlərin AV avadanlıqları üzrə iş təcrübəsi
- AV avtomatlaşdırma sistemlərinin proqramlaşdırılmasını, avadanlıqların proqram təminatının / proqram təminatının təkmilləşdirilməsini başa düşməlidir.
- Akustika, video konfrans sistemləri ilə bağlı yüksək biliklər
- Komputer hardware(aparat təminatı üzrə) bacarıqları (məsələn, AV daşıyıcı kartları(sxema kartları) ilə iş təcrübəsi)
- Şirkətin təhlükəsizlik qaydalarına əsaslandığı və icazə verdiyi halda, kiçik məsələləri həll etmək üçün lehimləmə bacarığı (nümunə: kabel konnektorları)
- Microsoft texnologiyaları üzrə təcrübəsi (Windows 7-8-10, MS Office)
- Sərbəst ünsiyyət bacarıqları, sözlü və yazılı
- Komanda ilə işləmə bacarığı

Dillər: Azərbaycan (Əla) və ingilis (orta)

Əsas vəzifələri :

- PC proyektorların quraşdırılması
- Proyektorlar üçün işıqlandırma lövhələrinin quraşdırılması
- Divar üzərində video nümayiş lövhələri daxil olmaqla, böyük panel LCD / LED ekranların quraşdırılması
- PTZ kameralarının quraşdırılması
- Divar, tavan və monitora bağlı mikrofonların  quraşdırılması
- Audio və video siqnal kabellərinin quraşdırılması
- AV avadanlıqları tərəfindən istifadə olunan şəbəkə kabellərinin quraşdırılması (UTP, koaksial)
- Masaüstü və tavan üçün mikrofonların quraşdırılması
- Səs gücləndirici, AV-mixer, audio matrix, AV paylayıcı (switch) cihazları, və s. kimi audio və video prosessorlarının quraşdırılması və konfiqurasiyası.
- Şəxsi VC dəstinin (veb kamera, qulaqlıq, və s.) quraşdırılması
- AV / VC dəstinin daşınması, avadanlıqdan demontajı və yeni yerə quraşdırılması
- AV / VC avadanlıqlarının ümumi sazlanması (lampalar, filtrlərin dəyişdirilməsi, AV dayaqlarında kabelin idarə edilməsi və s.)
- İstifadəçilərə təlimlərin keçirilməsi
- VC müştəri proqramının quraşdırılması və konfiqurasiyası
- VC avadanlıqlarının test edilməsi, problemlərin həlli və istismara verilməsi
- Fərdi və qrup VC sessiyalarının yaradılması və sınaqdan keçirilməsi ( məsələn: iclas formatında texniki dəstək, istifadəçilərə mümkün olan ən yaxşı əlaqə növü üzrə məsləhətlərin veirlməsi)

CV formalarınızı [email protected] elektron poçt ünvanına göndərə bilərsiz.
Xahiş olunur CV – ləriniz  mövzu yerində “Audio, video xidməti üzrə mühəndis” qeyd edərək göndərəsiniz.

Baku Convention Center tərəfindən digər vakansiyalar