“Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Mühasib-analitik” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
-G ündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
- Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
- İnventarizasiya təcrübəsinin olması( anbar,əsas vəzait, mal-material);
- Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.
Vəzifə ilə bağlı tələblər:
- Ali iqtisadi təhsil;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
- 1C 8 proqramı ilə işləmək bacarığı;
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Mebel sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilə bilər.
- Maliyyə və mühasibatlıq sahəsi üzrə analitik təhlil qabiliyyətinin olması;
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Əlavə məlumat:
- İş saatı: 10:00-19:00
- Yaş həddi: 26 - 35
- Cinsi: Kişi
- Əməkhaqqı: 900-1000
CV-lərinizi [email protected] ünvanına "mühasib-analitik" başlığı ilə göndərməyiniz xahiş olunur.