Sosial Media Mütəxəssisi

  • Embawood
  • Elanın qoyulma tarixi: 10.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 23 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Embawood MMC “Sosial Media Mütəxəssisi” vakansiyası elan edir

İş yeri: Bakı, Azərbaycan
İş qrafiki: 5 günlük / saat 09:00 – 18:00

İşin təsviri:

• Şirkətin sosial şəbəkələrdə  (facebook, instagram və s.) təmsil olunması, kontentlərin yazılması;
• Saytların kontentinə nəzarət edilməsi
• SSM postların hazırlanması
• Kreativ mətnlərin hazırlanması
• Bütün SMM kanallarına nəzarət edilməsi
• İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərməsi
• Şirkətin  rəsmi internet səhifəsinin mütəmadi yenilənməsinin təşkil edilməsi

Tələblər:

- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 2  il iş təcrübəsi
- Azərbaycan, Rus, İngilis dili biliyi
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Kreativ düşüncə
- Marketinq və reklam sahəsində biliklərə sahib olmalıdır
- Analiz etmə və yüksək araşdırma qabiliyyətinə malik olmalı
- Digital reklam idarəetmə  bacarığı

Maraqlanan namizədlər mövzu yerində “Sosial Media Mütəxəssisi” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilərlər

Əlavə məlumatı aşağıdaki linklərdən əldə edə bilərsiniz:

https://www.facebook.com/Embawood-Careers-1765949700198168/notifications/
https://www.linkedin.com/company/embawood/

İşəgötürənin reytinqi