Sosial media üzrə mütəxəssis/ Fashion Retail

İşin təsviri

Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir.  Fəaliyyətimiz ölkə sərhədlərini keçərək Türkiyə və Gürcüstanı da əhatə edir. Şirkətimiz Tommy Hilfiger, Lacoste, Coccinelle, Coast,  Bebe, Adidas, Monnalisa, Pablosky, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley və s. dünyanın tanınmış geyim və aksesuar brendlərini Azərbaycanda təmsil edir.

Şirkət: NOVCO MMC

Vəzifə: Sosial media üzrə mütəxəssis/ Fashion Retail

Vəzifə öhdəlikləri

- Şirkətin sosial şəbəkələrdə  (facebook, instagram və s.) təmsil olunması, kontentlərin yazılması;
- Müştəri sayının artırılması üçün SMM sahəsində fəaliyyət göstərir
- İctimai tədbirlərin, PR aksiyaların təşkil olunmasında köməklik göstərmək
- Açılış mərasimlərinin təşkil olunmasında dəstək olmaq 
- Şirkətin  rəsmi internet səhifəsinin mütəmadi yenilənməsini təşkil edir.
- Hər bir brend, mağaza, kompaniya üzrə sosial media analizi aparır, analizin nəticələrini təhlil edərək rəhbərinə hesabat verir;

 Tələblər

- Moda və satış sahəsində sosial media mütəxəssisi olara iş təcrübəsi
- Azərbaycan, Rus, İngilis dili biliyi
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Kreativ
- Marketinq və reklam sahəsində biliklərə sahib olmalıdır
- Gündəmi izləmə, analiz etmə və yüksək araşdırma qabiliyyətinə malik olmalı;
- Facebook, LinkedIn, Instagram və YouTube üzrə istifadəçi təcrübəsi

Əmək şəraiti:

- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Vakansiyaya uyğun olan namizədlər  CV-lərini [email protected]   ünvanına  mövzu yerində “SMM ” yazaraq göndərə bilərlər.

İşəgötürənin reytinqi