Mətbəx satış təmsilçisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 10.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Mətbəx satış təmsilçisi” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

• Birbaşa rəhbər tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
• Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
• Müştərinin seçdiyi və ya müştəriyə təqdim olunan mətbəx modelinin 3D formatında vizualizasiyası
• Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
• Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
• Hər bir mətbəx modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra satınalma şöbəsinə təqdim edilməsi

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü
- İş saatı: 10:00-19:00

Tələblər:

- Ali təhsil
- Satış sferasında minimum 3-5 il iş təcrübəsi arzu olunandır;
- Dil bilgiləri: Azərbaycan / rus (sərbəst) və ingilis dili (arzu olunandır)
- Autocad və 3D max proqramında işləmə bacarığı;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mətbəx satış təmsilçisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.