Audio/Video Texnik

İşin təsviri

Vəzifə:  Audio/Video Texnik
Şöbə: Mühəndislik
Şirkət: Baku Boulevard Hotel, Autograph Collection
Ünvan: Xəqani Rüstəmov küç, 4C, Bakı şəh., Azərbaycan
Son müraciət tarixi:  26.03.2019-cu il

İşin təsviri:

• Tədbirdən əvvəl hazırlıq zamanı və ya tədbir keçirilən gün texnika və kommunikasiya ehtiyacları ilə bağlı müştərilərə yardımçı olmaq;
• Tədbir keçirilən əraziyə gələn, texnika və kommunikasiya vasitələrini quraşdıran tədbir təşkilatçılarını qarşılamaq;
• Xüsusi texnika və kommunikasiya vasitələri ehtiyaclarının ödənilməsi üçün müştəri tərəfindən seçilmiş kənar podratçıları istiqamətləndirmək (köməklik göstərmək);
• Tədbir proqramında razılaşdırılmış və icarəyə verilmiş, Boulevard Hotel Baku otelinə məxsus audio-video texnika və kommunikasiya vasitələrinin planlaşdırılması və quraşdırılması, quraşdırılma işlərinin tədbirin başlanmasından ən azı 1 saat əvvəl sona çatdırılmasını təmin etmək;
• Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya vasitələri, o cümlədən səs, işıqlandırma, proyeksiya avadanlıqları və internet xidmətləri (lakin bunlarla məhdudlaşmamaq şərti ilə) haqqında ətraflı məlumata malik olmaq;
• Otel tərəfindən təklif edilən bütün texnika və kommunikasiya avadanlıqları üçün müntəzəm texniki xidmət təşkil etmək;
• Bütün avadanlıqlar üçün ehtiyat hissələrin təchizatını təmin etmək (məs. LCD proyektorun başlıqları və s.). Belə ehtiyat hissələrin inventarlaşdırılması tələb olunur;
• Tədbirdən sonra otelə məxsus bütün avadanlıqların demontaj edilməsi və anbara yerləşdirilməsini təmin etmək;
• Texnologiya və kommunikasiya vasitələrinə nəzarət otağında təmizlik və texniki təhlükəsizliyi təmin etmək;
• Hər hansı avadanlığın işləməməsi ilə bağlı menecerə məlumat vermək və müvafiq profilaktik texniki yoxlama işlərini həyata keçirmək.

Namizədə olan tələblər

• Texniki təhsil;
• Texniki təhlükəsizlik, yanğınsöndürmə avadanlıqları barədə biliklər;
• Peşəkar səviyyədə AV avadanlıqlarının, Fərdi kompüterlərin / noutbukların qurulması və işə salınması bacarıqları;
• Mövcüd AV avadanlıqlarına (servis) xidmət göstərmə bacarıqları;
• Təmir və lehimləmə işlərinin aparılması baçarıqları;
• Sxemlərin, mikrosxemlərin iş prinsipini və funksiyalarını bilməli;
• Azərbaycan-dilini bilməli, Rus və İngilis-dilini bilmək arzu olunandır;
• Sadalanan avadanlıqlar barədə biliklər üstünlük hesab edilir: Crestron, Symetrix, KanexPro, Rane, Denon, AMP, Shure, HP, Bosch;
• Məsuliyyət və icraçılıq;
• Peşəyə maraq, texniki sahədə özünü inkişaf etdirmək arzusu.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “AV Texnik” qeyd edərək

Mart ayının 26-dək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com