Təchizat üzrə aparıcı mütəxəssis

  • Technoil MMC
  • Elanın qoyulma tarixi: 14.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: TECHNOİL MMC
Vəzifə: Təchizat üzrə aparıcı mütəxəssis
Ünvan: Sumqayıt şəh, Sülh küç, 76-cı məh.

Vəzifə təlimatı:

- istehsalat üçün xammal və avadanlıqların alışı və istehsalat ehtiyyatlarının hazırlanması;
- mütəmadi olaraq işlədiyimiz tədarükçülərdən lazımi xammalların təchiz edilməsinə nəzarət  ;
- təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
- müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);
- gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
- yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;
- alınmış malların qeydiyyatının 1C proqramında aparılması;
- istehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak edir; 
- resurslara qənaət işlərinin aparılması; 
- tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək və s.;
- qiymət araşdırması;
- Tədarükçulərin araşdırılması, əlaqələrin yaradılması və sərgilərdə iştirak üçün lazım olduqda xarici səfərlər etmək
- ISO 9001 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat işinin təşkil edilməsi

Tələblər:

 Ali təhsilli
 Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti
 Kompyuter biliyi: Microsoft Office proqramlarını bilməli, 1C proqramını bilməsi mütləqdir
 İş təcrübəsi əlaqəli sahədə 3 ildən 5 ilə qədər
 Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti

Şərtlər:

 İş qrafiki: Həftənin 5 günü, saat 09.00-18.00
 İşə qəbul AR ƏM əsasında
 Qidalanma, mobil rabitə.
 Əmək haqqı razılaşma əsasında

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.

CV - lər  28 fevral  2019-cu il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Təchizat üzrə aparıcı mütəxəssis” yazaraq, öz CV-lərinizi Azərbaycan və İngilis dilində olmaqla (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.