Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə)

  • SMTS
  • Elanın qoyulma tarixi: 17.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə)

Vəzifə öhdəlikləri:

1. Layihənin elektrik bölümünü dərindən araşdırılmaq və düzgünlüyünü yoxlamaq;
2. Elektrik layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
3. Elektrik işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
4. Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
5. Layihə şirkətlərindən təhvil alınan elektrik layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
6. Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
7. Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
8. Elektrik avadanlıqlarının və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
9. Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
10. Elektrik avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
11. Yeni layihələrə cəlb olunduqda, mexanika sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
12. Elektrik işləri üzrə texniki hesabatları yerinə yetirmək.

Namizədə olan tələblər:

• Elektrik mühəndisiliyi ixtisası üzrə ali təhsil
• Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri
• Keyfiyyətə nəzarət mühəndisi (elektrik işləri üzrə) olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
• Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
• MS Office, AutoCad əla səviyyədə bilməli
• Yüksək səviyyədə texniki biliklərinin olması
• Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları
• İşgüzar ünsiyyət bacarığı
• Komandada işləmək bacarığı

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-50
- Əmək haqqı 1200-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.