Satış Koordinatoru

  • Az - Granata LLC
  • Elanın qoyulma tarixi: 13.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Az-Granata MMC  Firma Mağazaları üzrə Satış Koordinatoru

AzGranata MMC 2011-ci ildə yaradılıb. Vita1000, +More, Frumba, Bahar brendləri ilə meyvə şirəsi bazarında, Beliy Volk, White Water araqları, Ağsu nar şərabı və başqa spirtli içki brendləri ilə içki bazarında liderlik edir.  Eyni zamanda Vita1000 brendi adı altında müxtəlif çeşidli kompot istehsal və satışı ilə məşğuldur. Azərbaycan bazarında azsaylı orqanik məhsul istehsalçılarındandır. Müxtəlif kateqoriyalar üzrə 400-ə qədər məhsul çeşidi vardır. AzGranata şirkətinin Bakı və regionlarda 70-ə yaxın Firma mağazaları mövcuddur.

Tələblər:

• Ali təhsilli;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübə;
• MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.

İş haqqında:

• Firma Mağazalarının idarəçiliyi üzrə strategiyanın müəyyən olunması
• Firma Mağazalarının işinin koordinasiya edilməsi
• Firma mağazaları ilə iş prinsiplərinin müəyyən olunması
• Mağazaların satış hədəflərinə və müştəri məmnuniyyəti prinsiplərinə uyğun şəkildə idarə edilməsi
• Firma Mağazaları Müştəriləri ilə münasibətlərin tənzimlənməsi
• Mağazadaxili konseptin təkmilləşdirilməsi

İş şərtləri:

• İş vaxtı 08:30 - 17:30
• Əmək haqqı razılaşma yolu ilə

Maraqlanan şəxslər CV formalarını mövzu hissəsinə “Firma Mağazaları üzrə Satış Koordinatoru” yazaraq göndərə bilərlər.

E-mail: [email protected]

İşəgötürənin reytinqi