Sədr müavininin köməkçisi

  • Company
  • Elanın qoyulma tarixi: 13.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sədr müavininin köməkçisi

Vəzifə öhdəliklər:

• Sədr müavinin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək;
• Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində iştirak etmək və onun işini əlaqələndirmək;
• Sədr müavinin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsini təmin etmək;
• Sədr müavini tərəfindən aidiyyəti şöbələrə və mütəxəssislərə verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və vaxtaşırı sədr müavinini məlumatlandırmaq;
• Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq sədr müavininə hesabat və məlumatlar təqdim etmək;
• Sədr müavinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
• Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə Cəmiyyəti təmsil etmək.

Tələblər

• Azərbaycan və İngilis dili (yaxşı səviyyədə), Rus dili arzuolunandır.
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Peşəkar ünsiyyət və kollektivlə sıx, peşəkar münasibətlər qurmaq bacarıqları;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və məxfilik;
• Yaxşı təşkilati, planlaşdırma və vaxtın idarə edilməsi bacarıqları;
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
• Sənədlərlə işin və kargüzarlığın düzgün aparılması, hazırlanan sənədlərin məzmununun dəqiq, aydın və ardıcıl olması, keyfiyyətli tərtibatı bacarıqları.
• İqtisadiyyat, maliyyə ixtisasları üzrə ali təhsil;
• Uyğun sahədə minimum 1 il iş təcrübəsi.
• Kişi namizəd.

Namizədlərdən tərcümeyi halını [email protected] ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (sədr müavinini köməkçisi) göstərməyini xahiş edirik.