Hüquqşünas (Korporativ sahə üzrə)
Vəzifə və öhdəliklər
∙ Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
∙ Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
∙ Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
∙ Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
∙ Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
∙ Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
∙ Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
∙ Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
∙ Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
∙ Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
∙ Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
∙ Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Hüquqşünas aşağıdakıları bilməlidir:
Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;
Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə,miqrasiya, inzibati hüquqları;
Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;
Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;
Hesablama texnikası, rabitə və əlaqə vasitələrini
İşgüzar ünsiyyət etikasını;
Kargüzarlığın təşkilinin əsaslarını;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;
Daxili əmək intizamı qaydalarını;
Namizədə olan tələblər
∙ Hüquq elmləri üzrə ali təhsil;
∙ Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
∙ Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
∙ Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir.
∙ Yaş məhdudiyyəti: 30 yaş – 55 yaş.
Şərtlər:
∙ Tam iş günü, iş qrafiki 9:00-18:00;
∙ Əmək haqqı müsahibə əsasında (1000-1500 AZN)
CV-lərinizi foto ilə birlikdə [email protected]. elektron ünvana “Hüquqşünas” başlığı altında göndərməyiniz xahiş olunur