Korporativ Satışlara Dəstək Departamenti, Mütəxəssis | Aparıcı | Baş mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi məlumat

Kapital Bank namizədləri aşağıdakı Korporativ Satışlara Dəstək Departamentinin Biznesə Dəstək Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Müştərilərə güzəştli tariflərin təyin edilməsi ilə bağlı bütün sənədləri hazırlamaq, müraciətlər üzrə reyestr aparmaq;
• Korporativ müştərilər üzrə daxil olan sorğuları qəbul etmək, müvafiq qaydada araşdırmaq, cavablandırmaq və lazımi struktur orqanlarla əlaqələndirmək;
• Ödəniş kartları üzrə iş prosesində iştirak etmək;
• Şöbənin cari işlə bağlı digər tapşırıqlarını icra etmək və s.

Tələblər:

• Ali təhsil;
• Xarici valyuta köçürmələrinə dair təlimat və qanunlar üzrə biliklər;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Bankda korporativ müştərilərlə iş üzrə təcrübə - ən azı 1 illik iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dil bilikləri;
• MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmə bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Korporativ Satışlara Dəstək” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi