Geodeziya mühəndisi

İşin təsviri

Geodeziya mühəndisi

Funksiyaları 

  Bina və qurğuların, layihələrə uyğun dəqiq nişanlanmaşını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədi ilə, kompleks geodeziya işlərini yerinə yetirir;
  Geodeziya bölgü əsaslarını sifarişçidən qəbul edir və bina, qurğuların inşa prosesində bölgü işlərini yerinə yetirir (meydancadaxili xətti qurğuların, magistral qurğular istisna-olmaqla, müvəqqəti bina və qurğuların bölgüsü, quraşdırma üfüqlərində daxili bölgü şəbəkəsinin yaradılması, oxlararası bölgü) layihə tələblərinə aid bütün pozuntular haqqında bölmənin baş mühəndisin və tikinti təşkilatlarının baş geozedistinə məlumat verir;
  Tikinti-quraşdırma işləri prosesində, işlərin istehsal layihələrində nəzərdə tutulmuş hallarda, bina və qurğuların, konstruksiya və elementlərinin hərəkətinə və deformasiyalarına nəzarət edir.
  Layihə sənədlərinin, həndəsi parametrlərin dəqiqliyinə aid tələblərinin pozulması nəticəsinə bina və qurğuların qəzaya (avariyaya) uğramaq təhlükəsi haqqınla işlərin ümumi jurnalında qeydlər aparmaqla, təcili tikinti idarə rəhbərliyi xəbərdar edir,
  Başa çatmış tikinti obyektlərinin təhvil verilməsində istifadə edilən lazımi icra sənədlərini tərtib etməklə, vaxtlı-vaxtında icra çəkilişlərini, o cümlədən açıq xəndəklərdə yeraltı kommunikasiyaların çəkilişlərini keçirir,
  Xətti istehsalat heyəti tərəfindən həndəsi parametrləri dəqiqliyinə riayət olunmasına seçmə üsulla nəzarət edir.
  Geodeziya cihaz, xətti ölçü vasitələrinin vəziyyəti, onların düzgün saxlanma və istismarına nəzarət edir.
  Başa çatmış tikinti obyektlərinin sifarişçiyə təhvil verilməsində iştirak edir. Tikinti meydançasında qəbul edilmiş geodeziya nişanlarının qorunması üçün müşahidə aparır. Bölgü işlərini yalnız işlərin istehsalat layihəsi və "işlərin istehsalı üçün" icazə olduqda yerinə yetirir.

Vəzifəyə olan tələblər 

  Təhsil: müvafiq sahə üzrə ali təhsil
  Təcrübə: müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı.
  Kompyuter  biliyi: Word, Excel və İnternetdə işləmə bacarığı.
  İdarəetmə və qərar qəbul etmə qabiliyyəti.
  Vaxtın düzgün idarə edilməsi qabiliyyəti.
  Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.
  Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti.

Digər şərtlər      

Əmək haqqı 1200 -1500 azn

Bilməlidir 

  Geodeziya işlərinin yerinə yetirilməsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
  geodeziya cihazlarını və onların texniki istismar qaydalarını; geodeziya işlərinin icrasına aid əsasnamələri, təlimatları, normativ-metodiki sənədlərin tələblərini, iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını;
  tikinti istehsalatının texnologiyasının əsaslarını;
  geodeziya işlərinin istehsalı üzrə mütərəqqitəcürbələri;
  əmək qanunvericiliyinin əsaslarını;
  əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Müraciət etmək üçün başlıqda “Geodeziya mühəndisi” qeyd edib [email protected] ünvanına göndərməyiniz xahiş olunur