Satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis

İşin təsviri

www.cpccom.az

"Agro Investments" MMC şirkətlər qrupuna daxil olan "CPC" MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. "CPC" MMC - də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.

SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS/APARICI MÜTƏXƏSSİS

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 93, AZ1000)
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 1200 – 1600 NET
Tabeçilik: Satınalma və Logistika departamentinin müdiri

İŞİN TƏSVİRİ

− Tələbnamələrə əsasən yerli və xarici bazarın araşdırılması;
− Bazar qiymətlərinin araşdırılması və müqayisə olunması;
− Müqavilələrin bağlanılması;
− Sifarişlərin yerləşdirilməsi və onların izlənilməsi;
− Malların və xidmətlərin vaxtında çatdırılması;
− Hesabatların hazırlanılması və birbaşa rəhbərə təqdim edilməsi;
− İşlərin planlaşdırılması və analizi;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil (İqtisadiyyat və Texniki təhsili olan namizədlərə üstünlük veriləcək);
− Oğuz şəhərinə ezamiyyətə getmə imkanı;
− Təchizat sahəsində minimum 2 il iş təcrübəsi;
− MS Office proqramları üzrə bilik;
− Bazarı təhlil etmə bacarığı;
− Alqı - satqı müqavilələrinin tərtibatı haqda ümumi anlayış;
− Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
− Ödəniş və təchizat proses və prosedurlarına dair bilik;
− Hesabat vermə və təqdimat etmə bacarığı;
− Logistika sahəsində minimum anlayış.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 01.03.2019 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)