Pərakəndə kredit məhsullarının yaradılması şöbəsinin müdiri

  • Nikoil Bank
  • Elanın qoyulma tarixi: 28.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Pərakəndə kredit məhsullarının yaradılması şöbəsinin müdiri.

Tələblər :

• Ali Təhsil bakalavr və ya magistr dərəcəsi( Maliyyə,İqtisadiyyat,Menecment);
• Ən azı 5 il bank sahəsində iş təcrübəsi
• Azərbaycan dili və Rus dili əla , İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;
• Liderlik və idarəetmə qabiliyyəti;
• Ünsiyyətqurma bacarıqları;
• Analitik düşüncə və riyazı təhlil qabiliyyəti;
• Pərakəndə Kredit biznesi sahəsi üzrə yüksək bilik;
• Planlaşdırma və layihələrin aparılması;

Öhdəliklər:

• Pərakəndə biznesin kredit məhsullarının iqtisadi effektivliyinin təmin edilməsi
• Bankın pərakəndə biznesinin kredit məhsullarının strateji və əməli planlaşdırılması və yerinə yetirilməsi.
• Məhsulların yaradılması, təkliflərinin, tariflərin və paket təkliflərinin təqdim olunması
• Bank xidmətlərinə dair bazarın təhlilinin aparılması, müqayisəli təhlilin həyata keçirilməsi və pərakəndə biznesin kredit məhsullarına müştəri tələbatının qiymətləndirilməsi.
• Pərakəndə biznesin kredit məhsullarının təqdim olunması texnologiyalarının hazırlanması, tətbiqi və müşayəti.
• Pərakəndə biznesin yeni kredit məhsullarının təqdim olunması üzrə bank sisteminin və proseslərin hazır olması, məhsulu təqdim edən əməkdaşların məlumatlandırılması üzrə tədbirlərin aparılması.
• Pərakəndə biznesin kredit məhsullarının tətbiq olunması prosesinə cəlb olunan bölmələr üçün texniki tapşırıqların işlənib hazırlanması və onların reallaşdırılmasına nəzarət.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.