IT Auditor (CISA)

İşin təsviri

“ABB” ASC Daxili audit departamentinə  IT Auditor (CISA) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 İllik audit planı əsasında İT audit proqramının qurulması;
 Bankın İT infrastrukturunda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin mövcudluğu və adekvatlığının yoxlanılması, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
 İT infrastrukturunda daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
 Bank əməkdaşları, eləcə də törəmə müəssisələrin əməkdaşları ilə görüşlərin keçirilməsi;
 Əldə edilmiş məlumatlar və aşkarlanmış nöqsanların yazılı şəkildə təsvir edilməsi və nöqsanların aradan qaldırılmasına dair tövsiyələrin verilməsi;
 Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi;

Vakant vəzifə üzrə tələblər:

 İnformasiya texnologiyaları(İT), proqramlaşdırma, riyazi və ya ali iqtisadi təhsil;
 İT audit sahəsində 1 ildən, İT təhlükəsizlik, Sistem inzibatçılığı, proqramlaşdırma sahəsində 3 ildən artıq iş stajı;
 Verilənlər bazası, proqramlaşdırma dilləri, şəbəkə texnologiyaları ilə tanışlıq;
 Azərbaycan, Rus  və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;

Qeyd: Certified Information Systems Auditor, Certified Information Systems Security Professional, Certified Information Security Manager və ya Microsoft Certified Systems Engineer sertifikatlarına malik namizədlərə üstünlük verilir

Tələb səriştə və fərdi keyfiyyətlər:

 Analitik düşüncə;
 Qərarvermə qabiliyyəti;
 Təşəbbüskarlıq;
 Effektiv kommunikasiya;
 Komanda işi;
 Hesabat və Təqdimat;
 İT riskləri və texniki məsələləri biznes dilinə interpretasiya etmək bacarığı;

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  8 Fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “(IT Auditor (CISA)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az