SMM üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 21.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: SMM üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 22-35

İşin Təsviri: Sosial media hesablarının idarə olunması.

Vəzifə öhdəlikləri:

- Sosial media hesablarının peşəkar şəkildə idarə olunması;
- Kontentin yaradılması və onun ustalıqla təqdim edilməsi;
- Səhifələr üzrə gələn sorğuların müvafiq qurumlara yönləndirilməsi və cavablandırılması;
- Markalar üzrə sosial şəbəkələrin açılması və idarə olunması;
- Səhifələr üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarının həyata keçirilməsi.

Tələblər:

- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvürün olması;
- Photoshop üzrə ilkin biliklərin olması (retuş və reklam maketlərinin yenilənməsi ilə iş);
- Azərbaycan dilinin qrammatikası və leksikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

CV-ni portfolio ilə birlikdə [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “SMM mütəxəssis” yazıb göndərməklə müraciət edilir.