Aqronom ( Zaqatala, Qax, Şəki, Balakən, Oğuz )

İşin təsviri

Vəzifə:  Aqronom

İşəgötürən:  “Azərtütün Azərbaycan Sənaye KompleksiMMC

Şəhər:   Zaqatala, Qax, Şəki, Balakən, Oğuz
Yaş:   25 - 45
Təhsil: Ali (aqronomiya sahəsində)
İş təcrübəsi:  3 ildən artlıq
Elanın tarixi:  Yanvar 16, 2019
Bitmə tarixi:  Fevral  14, 2019

İş barədə məlumat

• Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaların həyata keçirilməsi və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulların istehsalını təmin edilməsi
• Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi
• Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadənin təmin edilməsi
• Tütünçülük sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi

Namizədə tələblər

• Kənd təsərrüfatı texnologiyasını, torpaq qanunvericiliyini, bitki və bitkiçiliyin fiziologiyasını, aqronomiya və əkinçiliyi, aqrotexnika və yetişdirilən kənd təsərrüfatı bitkilərini, bitkiçilik məhsullarının qüvvədə olan standartalrını bilmək
• Nitq, ünsiyyət və inandırmaq qabiliyyəti;
• İngilis dilini biliyi arzuolunandır;
• Yaradıcı və yenilikçi olmaq;
• Məsuliyyətli və stresə davamlı olmaq;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli;
• Beynəlxalq sertifikasiya arzuolunandır.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını foto şəkil ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.