Resepşionist

İşin təsviri

RESEPŞİONİST / РЕСЕПШИОНИСТ / RECEPTİONİST 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində məlumat xidməti (resepşionist) vəzifəsinə müraciət etmək üçün ali təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən, davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar əməkdaş axtarırıq. Əmək haqqı iş təcrübəsi və ixtisas səviyyəsindən asılı olaraq 700 AZN və daha yuxarı təşkil edir.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil (filologiya sahəsində təhsili olanlara üstünlük veriləcəkdir);
• Azərbaycan dilində işgüzar yazışma aparmaq və yüksək səviyyədə danışma bacarığı;
• Rus və ingilis dillərində mükəmməl yazma və danışma bacarığı;
• MS Office proqramlarında (Word, Excel, Power Point, Outlook) işləmək bacarığı;
• Ofis avadanlıqlarından istifadə etmə bacarığı (printer, skaner, faks);
• Nizam intizamlı, məsuliyyətli, işgüzar, insanlarla ünsiyyət qurmağı bacaran;
• Tələb olunan sahədə ən az 1-3 il müddətində iş təcrübəsi;

ÖHDƏLİKLƏR

• Daxil olan zənglərin/məktubların qəbul edilməsi və müvafiq şöbələrə yönləndirilməsi;
• Gələn valideynlərin və qonaqların qarşılanması və yönləndirilməsi;
• Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirilməsi;
• Uşaqların qeydiyyatı zamanı onların valideynlərinə köməklik göstərmək  ;
• Günlük / həftəlik / aylıq məlumat bazasının işlənilməsi və iclasların təşkil edilməsi;
• Məşğuliyyət tam iş günü nəzərdə tutur.

Maraqlanan namizədlər (Word və ya PDF formatında)  1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla, [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.
 
Son müraciət tarixi: 27 Yanvar  2019-cu il.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar