Kiçik Hüquqşünas

İşin təsviri

Vakansiya: Kiçik  Hüquqşünas

Tələblər:

• Ali hüquq təhsilli;
• Mülki,vergi və hüququn digər sahələrinə dair mükəmməl biliyə malik olmaq;
• Qanun və ya digər normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı;
• Müvafiq sahədə 1 ilə qədər təcrübəyə malik olmaq.

Ümumi vəzifə öhdəlikləri:

- Müqavilələrin tərtibi ;
- Rəhbərin göstəriş və tapşırıqlarını yerinə yetirilməsi ;
- Cari işlərin aparılması ;
- Şirkətdə və şirkət tərəfindən normativ-hüquqi aktların müddəalarının düzgün tətbiq edilməsini təmin edilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və s.) qanunvericiliyə uyğunluğunu təmin edir və lazım gəldikdə razılığını bildirir (sənədlərin müvafiq yerində imza etməklə);
- Şirkətdə və şirkət tərəfindən hüquq pozuntularına yol verməmək üçün, baş verdiyi təqdirdə isə rəhbərliklə birgə aradan qaldırılması məqsədilə hüquqi tədbirlərin görülməsini təmin edir;
- Şirkət tərəfindən imzalanmalı müqavilələrin/kontraktların qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunu təmin edir;
- Şirkətin təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin hazırlanmasını və icra edilməsini təmin edir;
- Şirkətdə kadr-uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarəti və bu sahəyə hüquqi yardımı təmin edir;
- Zəruri sənədlərin hazırlanması və aidiyyəti üzrə göndərilməsi.

İş şərtləri:

• AR Əmək Məcəlləsinə əsasən rəsmləşdirilmə;
• İş vaxtı: həftənin 5 günü saat 10:00-dan 18:00-dək, şənbə günü 11:00-dan – 15:00-dək;
• Əmək haqqı müsahibə əsasında müəyyənləşdirilir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik Hüquqşünas” şəklində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.