Planlaşdırma üzrə Mühəndis

  • PMD Group
  • Elanın qoyulma tarixi: 13.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Planlaşdırma üzrə Mühəndis vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

 Qiymət və Ölçülən İşlər Cədvəli əsasında incələnərək yeni strateji plan hazırlamaq
 Podratçılardan detallı iş qrafikinin alınmasını təmin etmək və analiz edərək düzəlişlər etmək, ehtiyac yarandıqda podratçılarla görüşərək detallı iş qrafikinin hazırlanmasına köməklik etmək;
 Podratçılarla hesabat formalarının necə doldurulmasını müzakirə edərək aydınlıq gətirmək
 Layihələrdən toplanan məlumatları analiz edərək həftəlik hesabatlar hazırlamaq;
 Layihələr üzrə gecikmə hesabatlarını hazırlamaq;
 Gecikmələrin səbəblərini aşkarlamaq və qarşısını almaq üçün tədbirlər müəyyənləşdirmək;
 Həftəlik hesabatları layihə rəhbərləri ilə müzakirə etmək;
 Maliyyə nəzarətçilərindən toplanan məlumatları analiz edərək ikihəftəlik hesabatları hazırlamaq;
 Sahələrdən alınan həftəlik hesabatlar nəticəsində iş qrafiklərini həftəlik olaraq yeniləmək;
 Sahələrə davamlı səfərlər edərək görülən işlərin göndərilən hesabatlarla doğruluğuna nəzarət etmək;
 Sahə səfərləri hesabatlarını hazırlamaq;
 Yeni layihələri həftəlik və ikihəftəlik hesabatlarda qeyd etmək;
 Podratçılarla iclaslarda iştirak etmək;
  Layihələndirmə mərhələsində inkişaf statusunu həftəlik yeniləmək;
 PMD Projects işçi resurslarının layihələr üzrə paylanmasını, resursların planlanmasını həyata keçirmək;
 Təchizat şöbəsindən alınan məlumat əsasında tenderdə olan layihələrin statusunun dəyərləndirmək və növbəti ikihəftəlik təchizat izlənmə qrafikini hazırlamaq;
 Qiymət Cədvəlində ölçülmüş işlərin əsasında resursları təyin etmək;
 S - Əyrisi  inkişaf qrafikini hazırlamaq;
 Tender üçün Level 1 qrafikini tərtib etmək;
 Həftəlik hesabatlarda inkişafı göstərmək;
 Planlaşdırılan və faktiki inkişaf fərqini (delta) göstərmək.

Tələblər:

 Ali təhsil: tikinti sahəsi üzrə minimum bakalavr dərəcəsi
 Mülki tikinti sahəsində planlama üzrə azı 3 il iş təcrübəsi
 Primavera P6, MS Project kimi layihələrin idarəolunması və MS Office proqramlarını bilmək
 Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi