Sosial media/IT mütəxəssis

İşin təsviri

 İş elanı № 010/BVET

Vəzifə:  Sosial media/IT mütəxəssis
İş yeri: Bərdə, Azərbaycan
Son müraciət tarixi:  25.01.2019
Müqavilənin növü: Xidməti müqavilə
Müqavilənin müddəti:  90 qeyri-ardıcıl iş günü

Ümumi məlumat

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsil və Təlimi Mərkəzlərinin Modernləşdirilməsi” layihəsi çərçivəsində “Bərdə Peçə Liseyinin Modernləşdirilməsi” layihəsini icra edir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsaslanaraq Bərdə Peşə Liseyində peşə təhsili və təlimini modernləşdirməkdir.   

İşin təsviri

Sosial media/IT mütəxəssisi  layihə meneceri və layihə direktorunun rəhbərliyi və tapşırığı əsasında layihənin  rəsmi saytı və sosial media səhifələrinin idarə olunması, sosial media strategiyasının hazırlanması, icra olunan fəaliyyətlərlə bağlı kontentin hazırlanması və sosial mediada təşviq olunması, İT avadanlıqlarının quraşdırılması və nəzarət və s. kimi işlərdən məsul olacaq.

Vəzifə və öhdəliklər

 Bərdə Peşə Liseyi üçün sosial media strategiyası hazırlamaq;
 Layihənin sosial media səhifələri və web saytını uğurlu şəkildə idarə etmək;
 Həyata keçirilən fəaliyyətlərə uyğun maraqlı kontent yazmaq, yayımına nəzarət etmək və sosial şəbəkələrdə PR-nı aparmaq;
 Layihənin web saytı və sosial media səhifələrində paylaşmaq üçün tanıtım materialları (tələbə, müəllim, sahibkar və s. ilə intervyular, uğurlu şagirdlərin profilləri və s.) hazırlamaq və paylaşmaq;
 IT avadanlıqlarının (Hardware) quraşdırılması və yaranan problemlərin həll edilməsinə nəzarət etmək;
 Tətbiqi proqram vasitələrini  (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;

Tələb olunan təhsil və təcrübə

Təhsil:

 IT sahəsi üzrə müvafiq ali təhsil;

Təcrübə:

 IT sahəsində geniş bacarıq və müvafiq təcrübəyə malik olmalı;
 Ehtiyaca görə şirkət daxilində istifadə olunan müxtəlif standart proqramlar (Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlar) barədə biliyə malik olmalı;
 Sosial media və marketing sahəsində təcrübə;
 Araşdırma bacarığının olması;
 Görülən işə uyğun olaraq cəlbedici kontent hazırlamaq bacarığı;
 Kreativ düşüncə, standartlardan kənara çıxmaq bacarığı;
 Komandada işləmək qabiliyyəti;

Dil bilikləri: 

 Azərbaycan dilində səlis şifahi və yazılı nitq
 İngilis dili

Müraciət:

Uyğun namizədlərin öz CV-lərini  motivasiya məktubu ilə bir yerdə  müraciət etdikləri vəzifənin adını “Subject” hissəsində qeyd etməklə [email protected] email ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Elan olunan vəzifə üzrə seçiləcək şəxs xidməti müqaviləyə əsasən yalnız ayın müəyyən günlərində fəaliyyət göstərəcəkdir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.