İnformasiya texnologiyaları üzrә әmәliyyatlar qrupunun rәhbәri

İşin təsviri

Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyi tәrәfindәn Dünya Bankı ilә birgә hәyata keçirilәn “Mütәrәqqi әdliyyә xidmәtlәri vә müasir mәhkәmә infrastrukturu" Layihәsi çәrçivәsindә İnformasiya texnologiyaları üzrә әmәliyyatlar qrupunun rәhbәri vәzifәsi üzrә

MÜSABİQӘ ELAN EDİLİR

Vəzifə öhdəlikləri

İnformasiya texnologiyaları üzrә әmәliyyatlar qrupunun rәhbәri informasiya texnologiyaları sistemləri və müvafiq xidmətlər, şəbəkə infrastrukturunun etibarlı və təhlükəsiz işləməsinin təmin edilməsi daxil olmaqla, həmin sistemlərin nəzarət və monitorinqini aparacaqdır.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir;

• Layihәlәrin idarә olunması, İnformasiya texnologiyaları, kompüter, riyaziyyat vә ya әlaqәdar sahәdә ali tәhsil;
• İnformasiya texnologiyaları üzrә әmәliyyatlar, xidmәt vә ya buna oxşar sahәlәr üzrә әn azı 5 illik iş tәcrübәsi;
• Layihәlәrin vә informasiya texnologiyaları üzrә әmәliyyatların idarәolunması, habelә biznes proseslәr, informasiya sistemlәri vә şәbәkә infrastrukturuna dair biliklәr;
• Serverlərin idarə olunması (Active Directory, Group Policy Management, Server 2008/2012/2016), VMWare virtualizasiya və mürəkkəb şəbəkə infrastrukturu sahəsində təcrübə;
• ITIL, COBIT, o cümlәdәn informasiya texnologiyaları vә layihәlәrin idarә olunması sahәlәri üzrә professional sertifikatlara malik olan namizәdlәrә üstünlük verilәcәk;
• Azәrbaycan dilini mükәmmәl bilmәli vә ingilis dilindә ünsiyyәt qurmaq bacarıqları.

Yuxarıda göstәrilәn tәlәblәrә cavab verәn namizәdlәr Azәrbaycan vә İngilis dillәrindә tәrcümeyi­hallarını (CV) 25 yanvar 2019­cu il saat 18:00­ dәk aşağıdakı elektron ünvana tәqdim etmәlidirlәr: [email protected] 

Maraqların ifadәsi üzrә bildiriş B.2/3.5­MX.