Mikrobioloq

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 23.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət:  “A+CO” MMC

Vəzifə: Mikrobioloq

İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında

Vəzifə tələbləri:

1. Təcrübə vacib deyil.
2. Biologiya ixtisaslı

Vəzifə Öhdəlikləri

2.1. Xammalın, yarımfabrikatların  və  hazır məmulatların  keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin edilməsi;
2.2. Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;  
2.3. Sınaqların nəticələrinin düzgünlüyünü , obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək;
2.4. Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların mikrobioloji sınaqlarını  normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
2.5. Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlardan və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;
2.6. Avadanlıqların həddindən artıq yükləmə və yaxud düzgün olmayan istismar rejimində işlətməmək;
2.7. Laboratoriya jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirmək;
2.8. Xammalın, yarım fabrikatların, hazır məhsulun, köməkçi vasitələrin sınaqları və nəticələri haqqında öz rəhbərinə məlumat vermək;
2.9. Xammallardan, köməkçi  materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq mikrobioloji nümunə götürmək;
2.10. Mikrobioloji analizlərin nəticələrinə görə mikrobioloji kirlənmənin səbəbini(mənbəyini) araşdırmaq və üzə çıxarmaq;
2.11. Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq;
2.12. Sınaqların nəticələrinin məxfiliyinə riayət etmək;                                          

Müraciət üçün [email protected] adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Mikrobioloq” vəzifəsini qeyd etməyiniz tövsiyyə olunur.