Planlama üzrə mütəxəssis

  • Horeca
  • Elanın qoyulma tarixi: 13.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Ali təhsil ;
• Minimum 1-3 il planlama üzrə təcrübə;
• Namizəd 24-35 yaş aralığında olmalı;
• Office proqramları ( MS Excel proqramını mükəmmməl olmaq şərti ilə ) yaxşı səviyyədə bilməli;
• Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.

Vəzifələr:

- Şirkətin təyin etdiyi hədəf və məqsədlər çərçivəsində satış hədəfinin həyata keçirilməsinə imkan verən illik, aylıq, həftəlik və günlük istehsalat planının tərtib edilməsi və həyata keçirilməsini təmin etmək;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lazımi instansiyalara ötürülməsi;
- Məhsul çeşid qrupunu təyinatı üzrə tanıması ;
- Verilən proqnoza əsasən təchizatçıların istehsalat qrafiklərinin  izlənilməsi,plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün təchizatçılar  ilə müzakirələrin aparılması;
- Ötən il, rüb və ay satışına nəzərən müvafiq olaraq növbəti il, rüb və aylıq istehsal proqnozununun verilməsi;
- Anbar vəziyyətini təqib etmək, müştəri sifarişlərinə görə təhcizata sifariş vermək və minimum anbara nəzarət;
- Maya dəyəri və zay məhsul faizinin aşağı salınması istiqamətində həll yolları aramaq və həyata keçirilməsində iştirak etmək.
- Dövri olaraq təchizatçılar  və Satış müdiri ilə toplantılar təşkil etmək, yaranmış problemləri təsbit etmək və həlli yollarının müzakirəsi;


İş qrafiki: Həftənin 5 günü: saat 09:00 - 18:00
Əmək haqqı :  400-500 azn (net)

CV –lər “Planlama üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərilsin.