İstehsalat müdiri
İş barədə:
- İstehsalat prosesinə nəzarət;
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsinə nəzarət və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək; 
- Daxili təmizlik və əmək nizamı qaydalarına əməl olunmasına nəzarət;
- İşin keyfiyyətinin azalması səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.
Tələblər :
- Ali təhsil (Əmtəəşünas və ya istehsal sahələrində keyfiyyətə nəzarət ixtisası üzrə)
- İstehsal sahəsində iş təcrübəsi (min 3 il);
- Kompyuter bilikləri (MS Offoce);
- İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli;
- Zavodun daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, daim inkişafa meyilli olmalıdır.
- Yaş həddi 32 və yuxarı
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "İstehsalat müdiri" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.