Maliyyə Nəzarətçisi (Cost Controller)

  • PMD Group
  • Elanın qoyulma tarixi: 03.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PMD ProjectsMMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də  müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Maliyyə Nəzarətçisi (Cost Controller) vakansiyası üzrə iş imkanı mövcuddur.

Vəzifə öhdəlikləri:

 Maliyyə dəyərləndirilməsinin aparılması və rəhbərliyə təqdim olunması
 Zərurət yarandıqda layihə qiymətlərinin təhlili
 Müqavilə dəyərlərinin təhlili zamanı dəyərləndirmə komandasına köməklik etmək
 Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili
 Layihənin tələblərinə uyğun olaraq, tender sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması
 Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili
 Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması
 Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması
 Hesab-fakturaların müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması

Tələblər:

 Oxşar vəzifədə azı 3 il iş təcrübəsi; mülki tikinti sahəsində iş təcrübəsi arzuolunandır
 Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
 Azərbaycan dili – səlis; İngilis dili arzuolunandır
 Kompyuter bilikləri – MS Office

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi