Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik

İşin təsviri

ABBASC Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 ATM və ödəmə terminallarının profilaktika işlərinin aparılması,
 ATM-lərin köşk və çətirlərinin yararlı olmasına nəzarət etmək və yuyulmasını təşkil etmək, 
 Terminallarda UPS və torpaqlamanın səviyyəsinin ölçülməsi.

Vakant vəzifə üzrə tələblər:

 Orta texniki təhsill;
 B və yaxud BC kateqoriyalı sürücülük vəsiqəsi;
 MS Office proqlamları ilə işləmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  8 Dekabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az