“Buxar Mühəndislik “ şirkəti
Logistika şöbəsinin müdiri
1.Namizədə dair tələblər:
- Ali təhsil 
- Müvafiq sahədə idarəçilik üzrə  minimum 5 il iş təcrübəsi
- MS office proqramlarında işləmə bacarığı
- Azərbaycan, Rus , İngilis dilini səlis bilmək mütləqdir
- İş planlama və təşkil etmə, idarəetmə bacarığı 
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
- Ünsiyyətcil və danışıq aparmaq bacarığı
- Komanda daxilində işləmək bacarığı
2. İş barədə məlumat:
- Xarici techizatçılarla danışıqların aparılması və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını həyata keçirir 
- Malların müqavilələrdə nəzərdə tutulmuş vaxtda təslimini təşkil edir 
- Mütəmadi olaraq təchizatçıların qiymətləndirməsini və bu sahədəki problemlərlə bağlı onlarla danışıqların aparılmasını, mübahisəli məsələlərin həllini həyata keçirir 
- Məhsulların xaricdən sifarişinin təşkili, nəqliyyatın idarə olunması, anbara məhsulun çatdırılması və ehtiyatların idarə olunması 
- Loqistik sənədləşmənin aparılması və təkmilləşməsi  
- Loqistik əməliyyatların tələb etdiyi xərclərin qiymətləndirilməsi və analizi  
- Loqistik əməliyyatların effektivliyinin qiymətləndirilməsi və analizi  
- Əməliyyatlar sərf olunan vaxtın səmərələşdirilməsi  
- Loqistik proseslərin optimallaşdırılması üzrə təkliflərin irəli sürülməsi  
- Mövcud sistemlərin təkmilləşdirilməsi, yeni sistemlərin yaradılması
- Əmək haqqı: 1500 – 2000 manat
CV-ləri Logistika Şöbə müdiri mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.