Analitik

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 12.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Zeta GroupAnalitik” üzrə vakansiya elan edir.

Namizədə tələblər:

• Yaş: 23-30
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (Riyazi bilikləri yüksək)
• İş təcrübəsi: Analitik üzrə +1 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• Kompyuter bilikləri: MS Excel (əla), 1C 8.3 (əla)

Şəxsi keyfiyyətlər:

• Məntiqi təfəkkür
• Analiz etmə bacarığı
• Dəqiqlik və diqqətlilik
• Komandada işləmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Mağazaların “KPI Report”-un hazırlanmasını (giriş-çıxış statistikası, mağazaya girən müştərilərlə alıcıların faiz nisbəti, alıcıların üzərinə düşən orta məbləğin hesablanması, keçən sezon və hal-hazırki sezonun satışlarının müqayisəli analizi və s) təmin etmək;
• “Sales Forecast” hesabatının hazırlanması, təsdiqlənməsi və daha sonra aidiyyatı şəxslərə göndərmək;
• Satış səviyyəsinin qoyulmuş plana uyğunluğunu izləmək və daha sonra plandan geri qaldığı halda düzəlişləri etmək;
• Satış analizinin əsasında satın alma büdcəsini və planı formalaşdırmaq;
• Məhsulları kateqoriyalara, brendlərə bölmək;
• Brendlər üzrə əsas göstəricilərə görə həftəlik hesabatlar təqdim etmək;
• Sezon üzrə ən az satılan modelləri təqib edərək hesabatları tərtib etmək;
• Mağazalar üzrə satış aktivliyini izləmək və monitorinqlər etmək.

İş şərtləri:

• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 700 AZN

Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi