Təlim üzrə mütəxəssis

İşin təsviri

TƏLİMÇİ OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar MərkəziMMC-nin Təlim şöbəsinə “TƏLİM ÜZRƏ MÜTƏXƏSSİS” vakansiyaları üzrə müsabiqə elan olunur.

Müsabiqədən uğurla keçən şəxslər “ASAN xidmət” mərkəzlərinin olduğu bölgələrdə (Bakı, Sumqayıt, Quba, Qəbələ, Şəki, Sabirabad, İmişli, Masallı, Bərdə, Gəncə, Mingəçevir)  “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlara xidmət sahəsinə aid olan psixoloji və digər təlimlər keçəcəklər.

Namizədlərə olan tələblər:

• Ali təhsil  (psixologiya və sosial elmlər üzrə ixtisaslara üstünlük veriləcəkdir)
• Yaş: 25-45
• Xarici dil bilikləri (rus dili və ya ingilis dili)
• MS Office proqramları üzrə biliklər
• Strateji düşünmə, araşdırma və təhlil bacarığı
• Dinləmə və izahetmə bacarığı
• Yüksək təqdimat bacarıqları
• Təlim və  ya pedaqoji sahədə təcrübə
• İş qrafiki: həftədə 5 gün saat: 09:00-18:00

Müraciət üçün namizədlər öz CV-lərini və 250 sözdən ibarət motivasiya məktubunu 01 dekabr 2018-ci il tarixinədək [email protected]  e-poçt  ünvanına göndərə bilərlər.