Dizayner

  • Elanın qoyulma tarixi: 06.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Dizayner

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 20-35

İşin Təsviri: Məhsul qablaşdırılmasının və etiket dizaynının hazırlanması.

Vəzifə öhdəlikləri:

- Müasir məhsul konseptlərinin yaradılması;
- Qablaşdırma və etiket dizaynına aid ölçmənin aparılması;
- Marketinq tələblərini nəzərə alaraq yeni qablaşdırma və etiket dizaynının hazırlanması;
- Rəngayırma və çap texnologiyasının tələblərinə uyğun çap məhsulunun hazırlanması.

Tələblər:

- Adobe Illustrator, Adobe Photoshop, Corel Draw (digər dizayn proqramlarını bilmək üstünlükdür);
- Yaradıcı qabiliyyətə malik olmaq;
- Daim öyrənmək və inkişaf etməyə meyilli olmaq;
- Dizayn sahəsindəki trendləri daim təqib etmək və yararlanmaq;
- Rəssamlıq üzrə peşə təhsilinin olması üstünlükdür;
- Qrafik dizayn sahəsində 1 il iş təcrübəsinin olması mütləqdir;
- Məhsul qablaşdırılmasının dizaynı sahəsində minimum 1 il iş təcrübəsinin olması arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-ni portfolio ilə birlikdə [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dizayner” yazıb göndərməklə müraciət edilir.