Məhkəmə qərarlarının icrasına nəzarət üzrə hüquqşünas

  • Wentto
  • Elanın qoyulma tarixi: 29.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• Təhsil: ali hüquq təhsilli;
• Məhkəmə qərarlarının icrasına nəzarət sahəsində minimum 1 (bir) il iş təcrübəsi (icra şöbələrində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• İcra və digər qanunvericilik biliyi;
• Qanun və ya digər normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı;
• MS Office (Word, Excel) proqramlarını mükəmməl bilməli;
• Yaş həddi: 22-35.

Ümumi vəzifə öhdəlikləri:

• Məhkəmə qərarlarının icrasına nəzarət;
• Gündəlik icra şöbələrinə gedərək icra məmurları ilə görüşlərin təşkil edilməsi;
• İcra sənədlərinin icra məmurları tərəfindən təmin olunmasına nəzarət edilməsi;
• İcra məmurlarının qanunsuz hərəkət və hərəkətsizliyindən aidiyyəti üzrə şikayətlərin verilməsi;
• Rəhbərlik tərəfindən qoyulan aylıq yığım hədəflərini icra etmək.

İş şərtləri:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş vaxtı: həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
• Telefon danışıqları üzrə xərclər və nəqliyyat üçün yanacaq xərci, həmçinin digər nəqliyyat xərcləri şirkət tərəfindən təmin edilir;
• Stabil əmək haqqı 500 manat + bonus. 
 
Əlavə olaraq müraciət zamanı diqqət yetirilməli olan hallar:

1. Foto şəkil əlavə edilməmiş müraciətlər;
2. İş təcrübəsi olmayan şəxslərin müraciəti;
3. Mövcud vakansiyaya uyğun olmayan göndərilmiş müraciətlər qəbul edilməyəcəkdir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu (subject) hissəsində “Məhkəmə qərarlarının icrasına nəzarət üzrə hüquqşünas” şəklində göstərməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.