Riyaziyyat müəllimi

İşin təsviri

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi”-nin fəaliyyəti tədris və təlim prosesinin inkişafı, təhsil müəssisələrində müasir texnologiyaların tətbiqinin artırılması, İKT sektorunun və yeni pedaqoji ideyaların ölkədə genişləndirilməsi və gücləndirilməsi sahəsində layihələr həyata keçirməkdən ibarətdir. Tədris prosesində tamamilə yeni yanaşmalar tətbiq etməyə hədəflənmiş əlavə təhsil mərkəzi təhsil, informasiya texnologiyaları və iqtisadi inkişaf sahələrində fəaliyyət göstərir. Mərkəzin əsas prinsipi əhatəli yanaşma, beynəlxalq təcrübə və səmərəli tərəfdaşlığı cari fəaliyyətində tətbiq etməkdir.

Beynəlxalq layihə çərçivəsində əməkdaşlıq etmək istəyən ingilis dilini yaxşı bilən riyaziyyat müəllimlərini dəvət edirik.

Əsas tələblər:

• Ali təhsil
• Ən azı 3 il pedaqoji təcrübə
• Müasir təlim metodları haqqında praktik biliklər
• Sərbəst istifadəçi səviyyəsində kompüter
• Azərbaycan/İngilis dili bilikləri
• Peşəkarlıq səviyyəsinin mütəmadi təkmilləşdirmə istəyi

Hörmətli namizədlər, CV-lərinizi 29 noyabr 2018-ci tarixinə kimi  [email protected] ünvanına  göndərməyinizi xahiş edirik.