Kommersiya direktoru

  • Company
  • Elanın qoyulma tarixi: 09.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

KOMMERSİYA DİREKTORU

 İş barədə məlumat:

- Qida məhsulları bazarını araşdırmaq, məhsula olan tələbatı müəyyən etmək və onun istehsal ilə uzlaşdırılması üçün təkliflər vermək;
- Şirkətin məhsullarının tanıtımı, brendləşməsi və səmərəli satışını təşkil etmək;
- Satışa nəzarət etmək;
- İxracı təşkil etmək;
- Xarici ölkə bazarlarını araşdırmaq, potensial müştərilər cəlb etmək;
- Xarici ölkələrdə Şirkətin məhsullarının təşviqini və satışını təşkil etmək;
- Daxili və xarici yeni müştərilərə qiymət təklifləri vermək, müştəri əlaqələrini idarə etmək;
- Distribusiyaya nəzarət etmək;
- Aylıq satış və istehsal planlarını uzlaşdırmaq;
- Baş İcraçı Direktorun marketinq və satış üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.

 Tələblər:

- Ali təhsil
- Qida məhsullarının bazarı, tədarükü və satışı üzrə 10 illik təcrübə;
- Müasir ticarət (Modern Trade) / Pərakəndə zəncirləri kanalında ən azı 5 illik satış təcrübəsi;
- Qida məhsullarının marketinqi, tədarükü və satışı sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi;
- Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək;
- Yüksək ünsiyyətqurma bacarığı;
- Komandada işləmə bacarığı;
- Liderlik keyfiyyətləri;
- Planlaşdırma və təşkiletmə bacarıqları;
- “Route to Market” metodologiyasını bilmək;
- MS ofis proqramlarından yaxşı istifadə etmək  bacarıqları.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu yerinə "Kommersiya direktoru" yazmaqla [email protected]  ünvanına göndərə bilərlər.