Əczaçı mütəxəssis

İşin təsviri

Əsası 2002-ci ildə qoyulmuş “Avromed CompanyQSC əczaçılıq sahəsində təcrübəsi olan  mütəxəssisləri işə dəvət edir.

Vəzifələr:

- Beynəlxalq əczaçılıq bazarındakı nüfuzlu tərəfdaşlarla əlaqələr qurmaq və yüksək keyfiyyətli əczaçılıq məhsullarının ölkəyə idxalını təşkil etmək;
- Yerli əczaçılıq bazarını araşdırmaq və ən çox tələb olunan məhsulların təhlilini aparmaq;
- Xarici əczaçılıq bazarında baş verən yenilikləri mütəmadi olaraq izləmək;
- İdxal olunan məhsulların ölkədə ən çox yayılan xəstəliklərlə əlaqələndirilməsini bacarmaq;

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərini bilmək vacibdir.
- Dərman vasitələrini və tərkiblərini bilmək (ümumi əczaçılıq biliklərinə sahib olmaq).
- Tərəfdaş şirkətlərlə ünsiyyət qurmaq və danışıqlar aparmaq qabiliyyəti.
- Keyfiyyətə nəzarət üzrə beynəlxalq tələblərin ilkin biliklərinə malık olmaq.

Əmək haqqı namizədin təcrübəsi, bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.

Maraqlananlar CV-lərini [email protected]” elektron ünvanına  31.10.2018-ci il tarixinədək göndərə bilərlər.

Elektron məktubun mövzu (subject, тема) hissəsində “Vakansiya” yazmaq tələb olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi