Vəzifənin adı: Metaləritmə zavodu, Növbə rəisi
Vəzifə öhdəlikləri:
• Sexin bölmələri ( briqadalar ) tərəfindən istehsal tapşırıqlarının yerinə yetirilməsini təmin edir, məmulatların təyin olunmuş texnologiya ilə istehsalının saxlanılmasına, işin təşkilinə, məhsulun keyfiyyətli və ritmik buraxılışının təşkil olunmasına nəzarət edir;
• Sexdə olan avadanlıqların (sobaların və s.) növbə ərzində işini və yüklənməsini, istehsal hazırlıqlarını qrafik üzrə təşkil edir;
• Sexin enerji növbə ərzində resursları və materiallarla təmin olunmasına nəzarət edir;
• Texnoloji proseslərin düzgün aparılmasına və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət edir;
• Xammaldan, materiallardan, düzgün istifadə olunmasına nəzarət edir, istehsalın gedişinə mane olan əngəlləri aradan qaldırır;
• İstehsalatın planlaşdırılması işində, vaxt normalarının yaxşılaşdırılmasında, iş yerinin attestasiyası və müasirləşdirilməsində, əmək məhsuldarlığının yüksəldilməsi üçün metodların işlənilməsində yaxından iştirak edir;
• Növbə ərzində istehsalat dayanmalarını analiz edir, boşdayanmaların və məhsulun keyfiyyətini aşağı salan çatışmazlıqların aradan qaldırılmasında iştirak edir;
• Məhsulun iş yerlərində operativ hesabatını və istehsalat tapşırıqlarının yerinə yetirilməsini təşkil edir;
• İşçilərin əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etməsinə nəzarət edir və bu qaydaları pozanlara qarşı tədbir görmək üçün sex rəhbəri qarşısında vəsadət qaldırır;
• Sahələrin işinə nəzarət edir və əlaqələndirir;
• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir;
• Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir;
• Avadanlıqların boşdayanmalarının, tez xarab olmasının, qəzaların səbəblərinin araşdırılmasında iştirak edir;
• Təmir işləri aparılan zonanın hasarlanmasına və həmin sahəyə kənar şəxslərin girişinin məhdudlaşdırılmasına nəzarət edir;
• İş alətləri və avadanlıqlardan, iş geyimləri və FMV-dən səliqəli və səmərəli istifadə edilməsinə nəzarət edir;
• Mal və materiallardan səmərəli istifadə olunmasını təşkil edir;
• Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün sex rəisinə məlumat verir;
• Rəhbərlik etdiyi növbədə dövlət, beynəlxalq və digər standartlara və texniki tələblərə cavab verməyən məhsul istehsalının qarşısını almaq;
• İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək;
• Sexdə istehsal qurğularının iş prinsipini,texnoloji sxemi, texnoloji rejim normalarını,avadanlıqların və qurğuların təhlükəsiz istismar qaydalarını bilmək və ona riayət etmək;
• Növbədə baş vermiş qəzaların, bədbəxt hadisələrin, istehsalat zədələnmələrinin səbəbini araşdırmaqda, onların qarşısının alınması üçün müvafiq tədbirlər görülməsində iştirak etmək;
• İşçilərlə iş yerində texniki təhlükəsizliyə və yanğın təhlükəsizliyinə dair müvafiq təlimatların keçirilməsini təmin edir;
• İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək və istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil;
• Analoji sahədə 5 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq, yazmaq və oxumaq qabilliyyəti;
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Növbə rəisi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.