Maliyyə şöbəsinin baş mütəxəssisi

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 25.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə şöbəsinin baş mütəxəssisi

Təhsil:

Ali təhsil (maliyyə/iqtisadi);

Xüsusi biliklər:

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və İdarəedilməsi (sertifikat arzuolunandır),büdcə və maliyyə idarəetməsi prosesləri və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər;

Təcrübə:

Maliyyə sektorunda azı 4 illik iş təcrübəsi;

Dil bacarığı:

Səlis azərbaycan dili, rus dili və ya ingilis dili bacarığı (arzu olunandır);

Kompüter bacarığı:

MS Office proqramları üzrə biliklər (Excel yüksək səviyyədə);

Digər bacarıqlar:

Analitik təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı, qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı; intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, müxtəlif struktur bölmələr çərçivəsində  kolleqalarla əməkdaşlıq etmək bacarığı.

Vəzifə funksiyaları:

• Gündəlik, rüblük və illik icmal maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsində iştirak etmək.
• Aparılan əməliyyatların, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğunluğuna nəzarətin aparılmasında iştirak etmək;
• Əməliyyat büdcəsinin hazırlanmasında, təsdiq olunmuş büdcənin icrasına gündəlik nəzarətin həyata keçirilməsində və hesabat dövrü ərzində faktiki və nəzərdə tutulmuş büdcə məlumatlarının üzləşdirilməsində iştirak etmək;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Maliyyə şöbəsinin baş mütəxəssisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!