İstehsal müdiri

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 25.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

 İstehsal sahəsində çalışan  işçilərə rəhbərlik edir;
 Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;
 Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
 İstehsalda  işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
 Məhsulun istehsal prosesinə ciddi nəzarət etməli;
 Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək;
 İş vaxtından səmərəli istifadə edilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəalliyət göstərmək;
 Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
  İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına  riayət etmələrinə nəzarət.

Əmək haqqı:

 Razılaşma yolu ilə

Tələblər:

 Təhsil: Ali(Mexanik, Kimya və İdarəetmə təhsili olanlara üstülük verilir)
 Yaş həddi: 25-50;
 Kompüter biliyi: MS Office  (Word, Excel);1C arzuolunandır ;
 Dillər: Azərbaycan və Rus dili mükəmməl (İngilis dili arzuolunandır)
 İstehsalat sahəsində 3-5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

 Fikrini izah etmək qabliyyəti;
 Ünsiyyət yaratmaq bacarığı;
 İşə planlı yanaşması;
 Fəal olması;
 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).