Əməliyyatlar (Upload) üzrə mühasib

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 24.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Zeta GroupƏməliyyatlar (Upload) üzrə mühasib”  vakansiya elan edir.

Namizədə tələblər:

• Yaş: 25-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +1 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla)
• Kompyuter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)

Şəxsi keyfiyyətlər:

• Analitik düşünmə bacarığı
• Problemləri həll etmə bacarığı
• Düzgünlük və Dəqiqlik
• Analiz etmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Gün ərzində daxil olan hesab-fakturaları Excel və 1C 8.3 proqramlarına yükləmək;
• Hesab-faktura əsasında bütün xərcləri nəzərə alaraq maya dəyərini hesablamaq, 1C proqramına yükləmək və aidiyyatı iş rəhbərlərinə məlumat vermək;
• Məhsulların təyin edilən qiymətlərini 1C proqramına yükləmək;
• Hesab-faktura ilə məhsul qəbulunda yaranan uyğunsuzluqları (barkod, ölçü və s.) aradan qaldırmaq;
• Rəhbərliyin tapşırığı əsasında digər işləri həyata keçirmək.

İş şərtləri:

• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 500-600 AZN

Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi