Yük və kommersiya əməliyyatları üzrə menecer

İşin təsviri

Yük və kommersiya əməliyyatları üzrə menecer

Vəzifə öhdəlikləri:

• Stansiyada yük və kommersiya işini təşkil edir
• Stansiyada kommersiya aktlarının düzgün və vaxtında tərtib olunmasına, sənədlərin çeşidlənməsini və operativ qərargahın məlumatlarının hazırlanmasını həyata keçirir.
• Yük sənədlərinin yük xəzinəsinə və ya geri verilməsinə, sənədlərin bütövlüyünə nəzarət edir.
• Qalıq yüklərin qüvvədə olan qaydalara əsasən vaxtında realizasiya olmaları üçün tədbirlər görür.
• Vaqonların verilməsi və yığışdırılması üçün müqavilələrin vaxtında bağlanması və yenidən baxılmasına nəzarəti həyata keçirir.
• Qəbul olunmuş yüklərin anbarlarda yığılmasına yol verməmək məqsədilə vaxtında daşınması üçün nəzərdə tutulmuş tədbirləri operativ həyata keçirir.
• Daşıma sənədlərinin, yük əməliyyatları altında boş dayanmaların raportlarının düzgün tərtib olunmasına nəzarət edir.
• Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
• Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.

Tələblər:

•  Təhsil: Müvafiq sahə üzrə ali təhsil
•  Bilik, bacarıq və səriştələr: İşgüzar danışıqlar aparma qabiliyyəti , planlaşdırma, analiz və idarəetmə bacarığı , təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür, məsuliyyətlilik, punktuallıq və dəqiqlik.
•  İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi. 
•  Kompüter bilikləri (peşəkar istifadəçi səviyyəsində)
•  Komandada işləmək bacarığı
•  Xarici dil biliyi olanlara üstünlük veriləcəkdir (rus, ingilis)

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini e-mailin mövzu hissəsinə mütləq " Yük və kommersiya əməliyyatları üzrə menecer" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.