Dizayn işləri üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Karyera Mərkəzi üçün Aylıq, Rüblük və İllik Sosial Media planlarının hazırlanması 
  • Karyera Mərkəzi üçün sosial media səhifələrinin yaradılması prosesində iştirak
  • SMM  səhifələri üçün poster və ya paylaşımların dizayn edilməsi 
  • Mərkəz tərəfindən İcra ediləcək təlim ,sərgi,görüş və infoturlarla bağlı video paylaşımların hazırlanması 
  • Karyera Mərkəzinin fəaliyyətinə uyğun Web sayt üçün dizayn təkliflərinin işlənib hazırlanması
  • Aylıq SMM hesabatlarının hazırlanması prosesində iştirak .

Nazmiədə olan tələblər:

  • Dizayn sahəsində ali və ya orta ixtisas təhsilinin olması  
  • Özəl təlim mərkəzləri  və ya təhsil müəssisələrində Dizaynerlik sahəsi üzrə iş təcrübəsinin olması arzu olunandır. 
  • Qrafik dizayn sahəsi üzrə proqramlarla (Adobe Photoshop, Adobe İllustrator) işləmə bacarığının olması
  • Keyfiyyətli qısa video paylaşımların hazırlanması üçün tələb olunan video montaj və səs effektlərinin tənzimlənməsi proqramlarından istifadəni bilməsi  
  • Dizayn sahəsində portfolyosunun və ya müvafiq sertifikatlarının olması üstünlük hesab edilir
  • Azərbaycan, İngilis və Rus dillərini işin tələblərinə uyğun səviyyədə bilməli
  • Ehtiyaca uyğun Hibrid iş rejimində (ən azı həftədə bir neçə dəfə Mərkəzə gəlmək imkanına malik olmalı) çalışma şərtlərinə uyğun olmalı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 22 may 2024-cü il tarixidir.

 Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dizayn işləri üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)