Avtokar sürücüsü

  • Medsol
  • Elanın qoyulma tarixi: 08.05.2024

İşin təsviri

Əsas tələblər:

  • Yaş həddi: 20– 45;
  • Təcrübə: Minimum 1 il avtokar və elektrokar üzrə sürücülük təcrübəsi
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməli.
  • Avtokar sürücülüyündən başqa fəhlə kimi də fəaliyyət göstərmək bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Yüklərin təhlükəsiz şəkildə anbarda rəflərə yerləşdirilməsi;
  • Məhsulların yük avtomobillərinə təhlükəsiz yerləşdirilməsi;
  • Digər yükləmə işlərinin həyata keçirilməsi;
  • İdarə etdiyi texnikanın işə başlamadan öncə texniki təhlükəsizlik qaydalarına əsasən yoxlanması, sazlığına nəzarət;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməsi;
  • Daxili Əmək İntizam Qaydalarına riayət etməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.
  • Əmək haqqı minimum 600 manatdır.
  • Sürücünün peşəkarlıq sənədləri (şəhadətnaməsi) tam qaydasında olmalıdır.

 

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Avtokar sürücüsü" yazmaqla [email protected]  e-mail ünvanına göndərə bilərlər.

 

 

Medsol tərəfindən digər vakansiyalar