Logistika üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Şirkətin avtomobil təsərrüfatı işlərini təşkil etmək;
• Şirkətin işçilərinə və müsafirlərinə müvafiq prosesə uyğun nəqliyyat xidmətinin təşkilini həyata keçirtmək;
• Şirkət sürücülərinin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsinə dair tədbirlər görmək;
• Şirkət avtomobilləri istifadəçilərinin sürücülük performansının müvafiq prosedura uyğun olaraq yoxlanılmasını təşkil etmək;
• Nəqliyyat vasitələrinin texniki qulluq və təmiri sifarişlərini təşkil etmək;
• Şirkət avtomobillərinin təmiri ilə əlaqədar hesabatların hazırlanmasında iştirak etmək;
• Şirkət avtomobillərini idarə etmək üçün Yol vərəqələri və etibarnamələrin hazırlanmasını təşkil etmək;
• İdxal malların gömrük rəsmiləşdirilməsi və s.
Tələb olunan meyarlar:
• Təhsil: Müvafiq sahə üzrə ali təhsil
• Bilik, bacarıq və səriştələr: İşgüzar danışıqlar aparma qabiliyyəti , planlaşdırma, analiz və idarəetmə bacarığı , təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür, məsuliyyətlilik, punktuallıq və dəqiqlik.
• İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
• Dil və komputer bilikləri: Azərbaycan və rus dilləri (mükəmməl), İngilis dili (yaxşı), Microsoft Office proqramlarını bilməli.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Logistika üzrə mütəxəssis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.