Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Logistika üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri, Abşeron rayonu, Məhəmmədi kəndi
İş təcrübəsi: 2 il
Təhsil: Ali təhsil
İşin Təsviri: Dağıtım anbarlarından məhsulların daşınması, təhvili prosesinin planlaşdırılması.
Vəzifə öhdəlikləri:
- Günlük olaraq dağıtım mərkəzinə qəbul edilən və göndərilən hazır məhsul, xammal və material dövriyyəsinə nəzarət;
- Günlük / növbəlik tələb olunan məhsul istifadə miqdarlarının hesabatının hazırlanması və proqrama işlənilməsi;
- Sifarişlər əsasında istehsal və istifadə müddətini nəzərə alaraq məhsul çeşidlərinin planlaşdırılması;
- Xronometrajların təşkili və kənarlaşmaların qeydiyyatı;
- Yaranan dayanma və digər problemlərin qeydiyyatının aparılması və araşdırılması;
- Məhsulların qəbulu, saxlanılması və çatdırılması işinin effektivliyinin artırılması;
- Məhsulların qəbulu, saxlanılması və çatdırılması barədə hesabatların hazırlanması;
- Logistika fəaliyyətinin daha effektiv şəkildə təşkili üçün araşdırmaların aparılması və təkliflərin verilməsi.
Tələblər:
- Sənaye mühəndisliyi ixtisası üzrə ali təhsil;
- MS Office kompüter proqramlarını bilməli.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Logistika üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.